Abşeronda mağaza yandı

8 Aprel 2016 10:09 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan dükanın yanar konstruksiyaları və bitişik ümumi sahəsi 70 kv.m olan mağazanın reklam lövhəsi yanıb. Mağazanın və bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın saat 00:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.