Sərnişin avtobusu qəzaya uğradı - Gəncədə

8 Aprel 2016 10:42 (UTC+04:00)

Hadisə bu gün səhər saatlarında şəhərin Təbriz küçəsində qeydə alınıb. Şəhərdə 7 saylı marşrut xətti ilə sərnişin daşıyan "İsuzu" markalı avtobus hərəkətdə olarkən idarəetmədən çıxıb və avtomobil yolun kənarında divara çırpılıb. Bir neçə sərnişinin yüngül bədən xəsarətləri aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

APA.az