“Bakinternet“ çökdü - Bəzi saytların fəaliyyəti iflic oldu

8 Aprel 2016 16:40 (UTC+04:00)

AzNews.az xəbər verir ki, əsasən Yasamal rayonu ərazisində müşahidə olunan problem artıq 4 saata yaxındır ki, həll olunmur. İnternetin tamamilə kəsilməsi bəzi sahələrdə olduğu kimi, AzNews.az saytının da fəaliyyətinə iflic edib. Saat 13:00-da provayderdən problemin tez bir zamanda həll olunacağını bildirsələr də, üzərindən bir neçə saat keçməsinə baxmayaraq hələ də internetin verilişi bərpa edilməyib.