Qanunsuz bank fəaliyyəti ilə məşğul olan azərbaycanlı tutuldu - Rusiyada

8 Aprel 2016 23:33 (UTC+04:00)

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, saxlanılan şəxs "Taqan sırası" bazarından və 4 saylı meyvə-tərəvəz bazasından kriminal strukturlar üçün pulların nağdlaşdırılması ilə məşğul idi.

"İlkin məlumata görə, onun strukturlarından yüzlərlə milyon rubl keçirildi", - Rusiya nəşrinin vəziyyətlə tanış olan həmsöhbəti bildirib. O qeyd edib ki, saxlanılan zaman 4,5 milyon rubl (67 min dollar) pul vəsaiti müsadirə edilib.

Hazırda saxlanılan şəxsə dair qanunsuz bank fəaliyyəti (RF CM 172 m.) faktı üzrə cinayət işinin qaldırılması məsələsi həll edilir.