Meyiti götürülən hərbi qulluqçulardan ikisinin adı - Açıqlandı

9 Aprel 2016 10:35 (UTC+04:00)

Mingəçevirdən olan deputat Aydın Mirzəzadə onlardan ikisinin adını açıqlayıb.

Onlar gizir Teymur Qasımov və müddətdən artıq qulluq edən hərbi qulluqçu Adil Adilzadədir.

Hər iki hərbi qulluqçular aprelin 2-də gedən döyüşlərdə həlak olub. "Ermənistan-Azərbaycan cəhhə xəttində Teymur Qasımovun cəsədi Azərbaycan tərəfə təhvil verilib, Adil Adilzadənin məsələsi isə hazırda həll edilir", - deputat bildirib.

T.Qasımov bu gün Mingəçevirdəki Şəhidlər Xiyabanında dəfn ediləcək.

Report.az