Evli qadın başqa bir kişiylə nişanlandı - Yalanının üstü açılanda isə…

9 Aprel 2016 10:49 (UTC+04:00)

AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, 29 yaşlı N.K. evli olduğu halda digər bir kişiylə dəbdəbəli şəkildə nişanlanıb.

Belə ki, 2 uşaq anası olan N.K. əri S.K. ilə 9 illik evlilikdən sonra başqa bir kişiylə eşq yaşamağa başlayıb. Münasibətlər o həddə çatıb ki, evli qadın sevgilisinin evlilik təklifinə "hə" deyib.

Təklifinə "hə" cavabı alan qarşı tərəf isə lüks otellərdən birində özünə dəbdəbəli nişan mərasimi keçirib.

Bütün bu olanlardan xəbərsiz qalan əri isə həyat yoldaşının nişanlandığı xəbərini qonşulardan eşidib.

Həyat yoldaşının nişanlısını tapan S.K. onunla dalaşmağa başlayıb. Polisin işə müdaxiləsindən sonra isə bütün həqiqətlər açılıb.

Gənc qadın ərindən boşanmaq üçün məhkəməyə müraciət edib. Lakin nişanlısı onunla evlənməkdən imtina edib.