BQXK-dən Qarabağdakı əməliyyatla bağlı - Açıqlama

9 Aprel 2016 11:49 (UTC+04:00)

İ. Hüseynovanın verdiyi məlumata görə, BQXK-nın neytral vasitəçiliyi ilə dünən münaqişə tərəfləri döyüş meydanında qalmış insan meyitlərinin tapılması və yığılması ilə bağlı əməliyyat keçirib.

Əməliyyat münaqişə tərəflərinin razılığı və müraciəti əsasında olub.

O ki, qaldı, döyüş meydanından neçə meyitin götürülməsinə, İ. Hüseynova bildirib ki, bu barədə BQXK məlumat verə bilməz: "Çünki biz yalnız neytral vasitəçiyik. Əməliyyatı keçirən tərəf biz deyilik".

Qeyd edək ki, dünən Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq, qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlinib.

ATƏT nümayəndələri və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesi həyata keçirilib.

Lent.az