Növbəti şəhidimiz Masallıda dəfn olundu - Fotolar

9 Aprel 2016 19:03 (UTC+04:00)

Masallı rayonunun Güllütəpə kənd sakini, 1996-cı il təvəllüdlü Bağırzadə Firdovsi Əliş oğlu bu gün doğma kəndində torpağa tapşırılıb.

Şəhidin tabutu üzərinə bükülən üçrəngli Azərbaycan bayrağı əbədi xatirə olaraq onun atasına təqdim edilib.

Dəfn mərasimində rayon ictimaiyyəti, dindarlar və müxtəlif yerlərdən insanlar iştirak ediblər.

cenubnews.az