Medvedev Qarabağda vəziyyətin gərginləşməsinə görə Türkiyəni ittiham etdi

9 Aprel 2016 19:34 (UTC+04:00)

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, rus baş nazir Rusaiya mətbuatına müsahibəsində bildirib ki, Qarabağdakı hazırki vəziyyətə "türk amili" təsir edir.

"Regionda bir sıra güclər var ki, onlar Dağlıq Qarabağda və Yaxın Şərqdəki münaqişələrdəki son vəziyyəti diqqətlə izləyirlər. Ona görə də münaqişəyə kənardan təsirlər var",- deyə Medvedev bildirib.

Jurnalistin "siz təsir deyəndə Türkiyəni nəzərdə tutursunuz" sualına Medvedev belə cavab verib. "Baxın siz türk amilini vurğuladınız. Yəqin ki, burada "türk amili" var. Çünki Türkiyə öz mövqeyini söyləyib", -deyə baş nazir bildirib.

Medvedev iddia edib ki, Ankara öz mövqeyi ilə "odun üzərinə yağ tökür".