Müğənnilərdən əsgərlərə - Dəstək
11 Aprel 2016 09:05 (UTC+04:00)
Azərbaycanın bir qrup mədəniyyət və incəsənət ustaları Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissənin əsgər və zabitləri ilə görüşüblər.
Maraqlı konsert proqramı ilə şəxsi heyətin mədəni istirahətini təşkil edən incəsənət ustalarından Azad Şabanov, Elnur Məmmədov, Samir Cavadzadə, Natavan Həbibi, Murad Arif əsgərlərə musiqi dolu xoş anlar yaşadıblar. Kamilə Nəbiyeva və İlkin Əhmədovun ifa etdikləri muğam və təsniflər, Qarabağ şikəstəsi əsgərlərdə döyüş əzmini, qələbə ruhunu daha da artırıb.
Azərtac.az
