Oqtay Əsədov: “Qubada almanın qiyməti Bakıdakından bahadır”
14 Noyabr 2012 10:14 (UTC+04:00)
"Alma məsələsi bir neçə dəfə müzakirə edilib". AzNews.az-ın məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov Vahid Əhmədov və Yevda Abramovun çıxışına münasibət bildirərkən deyib.
O bildirib ki, Qubada almanın qiyməti Bakıdakından bahadır: "Yəqin ki, mənimlə razısınız. Bu məsələ bir neçə dəfə müzakirəyə çıxarılıb. Almanın bazara çıxarılması istiqamətində işlər görülməlidir. Mən də İqtisadi İnkişaf Nazirliyindən xahiş edəcəm ki, məsələni araşdırsın".
O.Əsədov həmçinin əlavə edib ki, rayondakı zavodların işləməməsi məsələsini də təhlil etmək lazımdır.
İlkin Pirəli
AzNews.az