Sabunçuda iki nəfər özünü asdı

11 Aprel 2016 12:38 (UTC+04:00)

Rayon Polis İdarəsindən verilən məlumata görə, rayonun Balaxanı qəsəbə sakini, 1997-ci il təvəllüdlü Orxan Muxtarov və Ramana qəsəbə sakini, 1986-cı il təvəllüdlü Həsən Bünyatov yaşadıqları ünvanlarda özlərini asıblar.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

APA.az