Dayısının maşınını qaçırdı - Qəza törətdi

11 Aprel 2016 13:05 (UTC+04:00)

AzNews.az xəbər verir ki, aprelin 10-da Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindən qəsəbə sakini Vaqif İsrafilov dayısı İlkin Qəhrəmanova məxsus "Hyundai" markalı avtomobili qaçırıb.

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil aprelin 11-nə keçən gecə Xətai rayonu ərazisində ön hissəsi əzik vəziyyətdə saxlanılıb və sürücü V.İsrafilovla birgə aidiyyəti üzrə təhvil verilib.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.