Millət vəkili: “Azərbaycanda dini və dünyəvi məktəblər ayrılmalıdır”

14 Noyabr 2012 10:44 (UTC+04:00)
AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva ölkədə dini məktəblərin yaradılması təklifi ilə çıxış edib. Millət vəkilinin sözlərinə görə, dini məktəblər dünyəvi məktəblərdən ayrılmalıdır: " Kim istəsə övladını dini, kim istəsə o biri məktəblərə qoya bilər".

A.Mustafayeva orta məktəblərə hicablı şəkildə getməyin normal olmadığını bildirib: "Hicab taxmaq istəyənlər dini məktəblərə getməlidirlər. Valideynlər uşaqlara hicabın geyindirilməsini vacib hesab edirsə, onda övladlarını dini məktəblərə aparsınlar. Dini məktəblər hökmən olmalıdır".

Elnarə Əlosmanqızı
AzNews.az