Aygün xəstəliyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi - “Estetik əməliyyata getmişdim”

11 Aprel 2016 20:15 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Qafqazinfo-ya daxil olan məlumatda Aygün bir neçə gündür ki, Bakıda olduğunu qeyd edib:

"Artıq bir neçə gündür Bakıdayam. Aprelin 5-i İstanbula səfər etdim və bunu instagramdakı rəsmi səhifəmdə izləyicilərimlə bölüşdüm.

Axı mən hər dəfə qeyd edirəm ki,mənim heç kəsdən gizlədəcəyim addımım yoxdur və olmayıb. Sevincimi, kədərimi, ağrımı-acımı, problemimi hər zaman sizlərlə bölüşmüşəm. Necə ki, aprel ayının 6-sı xalqımın o günlərində məhz həmin günlərlə bağlı görüntülər paylaşdım. Vətəndən kənarda da olsam Vətənim və vətandaşlarımla hər zaman birgə olduğumu hiss etdirmişəm.

Bu mənim vətandaşlıq borcumdur. İçimdən gəlir, qanımda axır. Bu görünütləri paylaşanda mən Acıbadəm xəstəxanasında idim. Amma kimlərinsə uydurduğu ağır xəstəliyə görə yox, kiçik bir estetik əməliyyatla bağlı. Bu estetik əməliyyatdan sonra elə İstanbulda ikən imic dəyişikliyi etdim.

Kimlərinsə uydurduğu və arzu etdiyi nə sübuta yetirilən xəstəliyim var, nə də açıqlanması, guya, yasaq olacaq diaqnozum.

Aprelin 5-i necə sağ sağlam İstanbula yola düşmüşdümsə, iki gün sonra elə sağlam, hətta yeni şamplena görkəmimlə Vətənimə döndüm.

Bu gün məkirli məqsədi ilə gündəmə gəlmək istəyən vəkilə demək istəyirəm ki, illərdir müdafiə etdiyi tərəfi boşuna xəyal qırıqlığına uğratmasından danışsın, mənim olmayan xəstəliyimdən yox. Xəstəliyim haqda yaydığı xəbər şər və böhtandır. Mən ildə bir neçə dəfə Acıbadəm xəstəxanasına gedirəm, bunun məqsədi estetik əməliyyatlarımla bağlıdır və bunu hər zaman elə özüm söyləyirəm. Mənim estetik əməliyyatla bağlı xəstəxanada olmağım və ya estetik əməliyyat etdirməyim beləmi sensasioon xəbərdir? Görünür vəkilin xəbəri bu cürə yaymaqda məqsədi məhkəmələrdə onlara sərf etməyən nəticələrin əldə olunmasıdır.
Əgər mən susuramsa bu o demək deyil ki mən məğlub tərəfəm. Sadəcə boş və maraqsız saydığım söhbətlərlə gündəmi zəbt etmək istəmirəm".