Bakıda daha bir intihar - Qadın özünü binadan atdı

11 Aprel 2016 20:57 (UTC+04:00)

Baş Prokurorluğun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, hadisə Yasamal rayonunun Süleyman Tağızadə küçəsi 39/11 ünvanında çoxmərtəbəli yaşayış binalarından birinin 9-cu mərtəbəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan 1961-ci il təvəllüdlü Rüxsarə Kamal qızı Yunusova özünü yaşadığı mənzilin eyvanından ataraq intihar edib. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Onun hansı səbəbdən belə bir addım atması hələlik məlum deyil.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.