Şabranda ev yandı

12 Aprel 2016 09:56 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Şabran rayonu, Pirəmsən kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin eyvanının yanar konstruksiyaları 18 kv.m sahədə qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 4:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.