Bakıda qadın özünü 9-cu mərtəbədən atdı - Video + Yenilənib
12 Aprel 2016 16:00 (UTC+04:00)
Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün saat 11.00 radələrində rayonun Şərifzadə küçəsində qeydə alınıb. Şəxsiyyəti hələlik məlum olmayan 30-35 yaşlı qadın özünü 9-cu mərtəbədən atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, ötən gün də Yasamalda daha bir qadın özünü binadan atıb.
Bakıda özünü çoxmərtəbəli binadan ataraq intihar edən qadının kimliyi məlum olub. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Şərifzadə küçəsindəıki 9 mərtəbəli binanın damından özünü ataraq intihar edən şəxs 1996-cı il təvəllüdlü Ağayeva Jalə Ağası qızı olub.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.