Rusiyanın daha bir vertolyotu qəzaya düşdü – Ölənlər var

12 Aprel 2016 12:08 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, qəza Suriyanın Homs şəhərində, ayın 12-sinə keçən gecə baş verib.

Qəza zamanı 2 heyət üzvünün öldüyü bildirilir. Pilotların cəsədi artıq evakuasiya olunub. Cəsədlər Hmeymim aviabazasında saxlanılır.

Qəzanın səbəbləri araşdırılır. İlkin məlumatlara əsasən, təyyarəyə heç bir atəş açılmayıb.

Aydan AXUNDOVA