Külli miqdarda xarici markalı siqaret aşkar edildi - Fotolar

12 Aprel 2016 12:41 (UTC+04:00)

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə "Sınıq Körpü" gömrük postunda baxış keçirilib.

Yoxlama zamanı avtomobildən 12 000 ədəd xarici markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.