Batumidən Azərbaycana dəstək bəyanatı
12 Aprel 2016 15:27 (UTC+04:00)
AzNews.az bəyanatın mətnini təqdim edir:
"Son illərdə Ermənistan tərəfindən Azərbaycan hərbçilərinin və mülki əhalisinin öldürülməsi ilə müşayiət olunan zorakılıq və hərbi təxribatlar mütəmadi hal alıb. Münaqişənin və artan gərginliyin əsas səbəbi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qalmasıdır. Gürcüstan azərbaycanlıları Ermənistanın Azərbaycana qarşı törətdiyi son hərbi təxribatları qəti şəkildə pisləyir və münaqişənin sülh yolu ilə həllini dəstəkləyir. ACARİYA GÜRCÜ-AZƏRBAYCAN XEYRİYYƏÇİLİK CƏMİYYƏTİ hərbi təxribatlar zamanı düşmənlə döyüşdə həlak olanların ailələrinə başsağlığı verib və bildirib ki, Gürcüstan azərbaycanlıları Azərbaycan prezidentinin işğal altındakı torpaqlarımızı azad etməsi ilə bağlı bütün qəraralarını dəstəkləyəcək".