Daha bir erməni hərbçi öldü – 2 maşının arasında qalıb
12 Aprel 2016 15:51 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin maşın dayanacağında əsgər ölümü baş verib. Belə ki, müddətli hərbi xidmətdə olan erməni əsgər Qarnik Avetisyan idarəetmə və yedəkləmə qaydalarını pozduğuna görə "Ural-4320" yük maşını ilə "ZİL-131"avtomobili arasında sıxılmış vəziyyətdə qalıb.
Xəsətəxanaya aparılan Avetisyan yoldaca keçinib.
Hadisənin təfərrüatlarını öyrənmək üçün istintaq başladılıb.
Aydan AXUNDOVA