Daha bir şəhidimiz izdihamla dəfn edildi - Fotolar

12 Aprel 2016 16:04 (UTC+04:00)

AzNews.az xəbər verir ki, 1994-cü il təvəllüdlü Məhəbbət Zaman oğlu Mirzəyev Beyləqan rayonun Dünyamalılar kəndində dəfn olunub. Şəhidi yola salma mərasimində Beyləqan və Xocavənd rayon icra başçıları, millət vəkili Çingiz Qənizadə və rayon ictimayyəti iştirak edib.

Şəhid M. Mirzəyevin xatirəsinə yaylım atəşi açılıb. Daha sonra tabuta sarılmış döyüş bayrağı şəhidin atası Zaman Mirzəyevə təqdim edilib.