Ştaynmayerdən Qarabağ çağırışı - “Ciddi danışıqlar aparılmalıdır“

12 Aprel 2016 23:09 (UTC+04:00)

O bunu Berlində keçirilən ATƏT "üçlüyü"nün görüşü öncəsi bəyan edib.

Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan sülh sazişini alqışlayıb, lakin onun sözlərinə görə, Dağlıq Qarabağda mövcud olan status-kvo regionda "təhlükəsizliyə yardım" edə bilməz.

ATƏT-in fəaliyyətdə olan sədri qeyd edib ki, Almaniya Dağlıq Qarabağın gələcəyinə dair ciddi danışıqların bərpası üzrə səyləri dəstəkləməyə hazırdır.


Report