Qadınlar arasında bıçaqlanma - Kredit borcuna görə

13 Aprel 2016 13:37 (UTC+04:00)

Qəsəbə sakini, 35 yaşlı Ülviyyə Nəsibova hələlik şəxsiyyəti məlum olmayan qadın tərəfindən bıçaqlanıb. Bədənin müxtəlif nayihələrindən yaralanan qadın, dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Yerli hüquq mühafizə orqanlarının verdiyi məlumata görə, Ülviyyə Nəsibovanın tanışı onu kredit borcu üstündə yaranan mübahisə zəminində bıçaqlayıb. Faktla bağlı araşdırma aparılır.

kepeztv.az