“Cəbhədə baş verənlər zamanı 100-ə yaxın evə mərmi düşüb”
13 Aprel 2016 15:27 (UTC+04:00)
Bunu Goranboy Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Nizaməddin Quliyev bildirib.
İcra başçısı qeyd edib ki, cəhbədə baş verən son hadisələr zamanı rayonun Tapqaraqoyunlu və Zeybə kəndlərinə daha çox ziyan dəyib: "Kəndlərdə komunikasiya xətləri sıradan çıxıb. Ermənilər kəndləri daha çox top və qrad mərmisi ilə ataəşə tutub. Nəticədə 100-ə yaxın evə, o cümlədən uşaq baxçasına mərmi düşüb. Kəndə düşən mərmilərin partlaması nəticəsində sakinlər arasında xəsarət alan olmasa da, 9 ev tamamilə yarasız hala düşüb, 60 baş mal-qara tələf olub".
N.Quliyev vurğulayıb ki, hazırda rayon Fövqəladə Hallar Komissiyasının (FHK) nümayəndələri tərəfindən cəbhəboyu kəndlərə dəyən ziyanın miqdarı hesablanır: "Erməni təxribatları zamanı zərər görümüş sakinlərə icra hakimiyyəti tərəfindən köməkliklər göstərilib və yardım olunub. Hazırda sakinlər öz evlərində gündəlik məişət qayğıları ilə məşqul olurlar".
Report.az