Aygün Kazımova “Əsgər marşı” oxudu – Video

13 Aprel 2016 17:24 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu dəfə müğənni "Əsgər marşı" oxuyub.

Aygün Kazımova marşın sözlərinin Cəlal Qurbanova, musiqisi və aranjimanının isə Yaşar Baxışa aid olduğunu bildirib: "Məlum hadisələr yaşanan gündən bütün əyləncə xarakterli layihələrimə `stop` verib, bu layihənin üzərində çalışıram".

Aygün Kazımova yaradıcı kollektivlə artıq uzun illərdir iş birliyinin olmasından da danışıb: "Vətənpərvər ruhda olan mahnılarımın əksəriyyətinin müəllifi dostum Cəlal Qurbanovdur. Yaşar Baxış ilə məni uzun illərin yaradıcı yolları bağlayır. Marşı vətənpərvər mahnıların peşəkar və mahir ifaçısı Şəmistan Əlizamanlıya da təqdim etmişik. O da ifa edib. Onun ifasında da "Əsgər marşı" çox uğurlu alınıb".