İrəvanda etiraz aksiyası keçirilir

13 Aprel 2016 20:21 (UTC+04:00)

Azadlıq meydanından başlayan aksiya Rusiyanın Ermənistandakı səfirliyi qarşısında başa çatacaq.

Etirazçıların Rusiya əleyhinə bəyanatla çıxış edəcəkləri gözlənilir. Bəyanatda Rusiyadan "de-yure" siyasi müttəfiqinin öz vəzifələrini icra etmək , gələcək qərarlarında Ermənistanın milli maraqlarına və təhlükəsizliyinə hörmət etmək və Azərbaycana silah satışını dərhal dayandırmaq tələb olunacaq.


APA