Gəncədə dəhşət - Gənc bıçaqlanaraq qətlə yetirildi

13 Aprel 2016 21:53 (UTC+04:00)

AzNews.az Kəpəz TV-ə istinadən (Region) xəbər verir ki, Gəncədə gənc bıçaqlanaraq qətlə yetirilib.

Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, axşam saatlarında 20-25 yaşlarında gənc tibb müəssisəsinin cərrahiyyə şöbəsinə gətirilib.

Həkimlərin müayinəsi zamanı üzərində bıçaq yarası olan şəxsin dünyasını dəyişdiyi müəyyənləşdirilib.

Faktla bağlı araşdırma aparılır.