“Ermənistan regionda sülh, sabitliyin təmin olunmasına maneə olur” - Hikmət Hacıyev

13 Aprel 2016 22:05 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorlikin açıqlaması ilə əlaqədar APA-nın sorğusuna cavab olaraq XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Təəssüflər olsun ki, son illər ərzində Ermənistan substantiv danışıqlardan yayınıb, vəziyyətin gərginləşməsinə xidmət edən təxribatçı əməllərini davam etdirib və hər vəchlə status-kvonun saxlanmasına çalışıb. Bu gün hamı çox yaxşı başa düşür ki, məhz Ermənistanın rəhbərliyi regionda sülh, sabitlik və çiçəklənmənin təmin olmasına maneə olur", deyə H.Hacıyev bildirib.