Suvenir qablarda gizlədilən - Siqaretlər aşkar edildi

14 Aprel 2016 11:31 (UTC+04:00)

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, Biləsuvar Gömrük darəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının əl yükü rentgen qurğusunda yoxlanılarkən iki ədəd rəsm tablosu və iki ədəd suvenir qabın içərisində yad predmetlərin olduğu görünüb.

Sorğu-sual zamanı həmin vətəndaş əl yükündə gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirib. Lakin təkrar baxış nəticəsində vətəndaşa məxsus iki ədəd rəsm tablosunun arasında 1100 ədəd, iki ədəd suvenir qabın içərisində isə 400 ədəd olmaqla, cəmi 1500 ədəd "Amor" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.