Cəbhəboyu kəndlərimiz minadan təmzilənir - Video

14 Aprel 2016 11:39 (UTC+04:00)

Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı məlumat verib.

O qeyd edib ki, təmizləmə cəbhəboyu ərazilərdə yerləşən 29 kəndin ərazisində aparılır: "Bu gün biz Tərtər rayonunun Qarağacı, Qapanlı və digər kəndlərinin ərazisinin partlamamış silah-sursatlardan təmizlənməsi işlərini aparırıq. Axtarışlar zamanı 10-a qədər partlamamış hərbi sursat götürülərək mərkəzi məhvetmə ərazisində zərərsizləşdirilib".

ANAMA-nın əməkdaşı bildirib ki, əməliyyat axtarış tədbirləri davam etdirilir: "Daha çox Tərtər rayonunun Qapanlı kəndi ermənilər tərəfindən atılan hərbi silah-sursatların çirklənməsinə məruz qalıb".

Report.az