12 yaşlı uşaqdan Putinə sual: “Ərdoğan batarsa...”
14 Aprel 2016 13:52 (UTC+04:00)
AzNews.az xəbər verir ki, canlı yayım zamanı 12 yaşlı Rusiya vətəndaşı Putinə maraqlı sual ünvanlayıb. Varya Kuznetsova "Paraşenko və Ərdoğan batarsa, ilk olaraq kimi qurtarasınız?", - deyə soruşub.
Suala Putinin cavabı belə olub: "Əgər kimsə batmaq qərarına gəlibsə, onu qurtarmaq mümkün deyil. Lakin biz, əlbəttə ki, bütün tərəfdaşlarımıza kömək və dostluq əli uzatmağa hazırıq. Əgər, təbii ki, o özü bunu istəsə".
Onu da bildirək ki, təxminən 55 dəqiqədir ki, başlayan canlı yayım zamanı Putinə 2,3 milyon sual ünvanlanıb.
Aydan AXUNDOVA