Oqtay Əsədov Qüdrət Həsənquliyevə cavab verdi

14 Noyabr 2012 13:29 (UTC+04:00)


AzNews.az-ın məlumatına görə, BAXCP sədri Qüdrət Həsənquliyev çıxışında bildirib ki, iqtisadi sahədə islahatlar aparılmalıdır. O, 2013-cü il dövlət büdcəsində hərbi xərclərin 25 faiz artırılmasını da təklif edib: "Ordumuzu gücləndirməliyik. Xarici qüvvələr bizim üçün işğal altında olan torpaqları azad etməyəcək. 3-4 ildən sonra Azərbaycanın ordusu Ermənistanın ordusu ilə eyni vəziyyətdə olacaq".

Q. Həsənquliyev Naxçıvan Muxtar Respublikasına 2013-cü ildə ayrılan vəsaitin 1 faiz azaldılmasının da düzgün olmadığını bildirib.

MM sədri Oqtay Əsədov isə deyib ki, Azərbaycanın hərbi büdcəsi kifayət qədərdir: "Azərbaycan və Ermənistanın hərbi gücünü müqayisə etmək səhvdir. Amma biz ölkəmizi militarist ölkə elan edə də bilmərik".

İlkin Pirəli
AzNews.az