Quş oğruları tutuldu - Binədə

14 Aprel 2016 15:42 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 13-nə keçən gecə Suraxanı rayonunun Binə qəsəbəsində yaşayan Fariz İsmayılovun həyətindən 69 ev quşu oğurlanıb.

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Elçin Ələsgərov və Elxan İsmayılov tutulublar.