Rusiyadan neftin qiyməti ilə bağlı - Proqnoz

14 Aprel 2016 16:09 (UTC+04:00)

A.Novak bu ilin ilk 6 ayında neftin qiymətinin 40 dollar səviyyəsində olacağını deyib. Nazirin qənaətinə görə, cari ilin ikinci yarısında isə neftin qiyməti 45 dollaradək bahalaşacaq: "İlin sonunda neftin qiyməti 50 dollara qədər yüksələ bilər. Qiymətə şist qazından əldə edilən neft də təsir edəcək".

Şist qazı neftinin istehsalına diqqət çəkən A.Novak 2017-ci ildə neftin qiymətinin 40-60 dollar arasında olacağını deyib.

Azərtac.az