Fuad Əlişov şou-biznesin inkişaf yollarını tapıb – FOTOSESSİYA

14 Noyabr 2012 13:38 (UTC+04:00)
Rejissor Fuad Əlişov şou-biznesin inkişafı üçün maraqlı təklif irəli sürüb. AzNews.az-a danışan rejissor bildirib ki, sırf milli telekanalının açılamsına ehtiyac var: "Sadəcə Fuad Əlişov çox nadir hallarda klip çəkir. Əsas iş məşğuliyyətim klip çəkilişləri deyil, reklam işləridir. Ümumiyyətlə, bazarda klip azalıb.

Buna səbəb Azərbaycanda sırf musiqi telekanlının olmamasıdır. Bu cür telekanala ona görə ehtiyac var ki, əsas şou-biznes xəbərlərinə, klip nümayişinə yer verilsin. Məsələn, "MTV", "Kral TV" və başqa bu kimi... hər halda, milli musiqi telekanalı açılandan sonra klip bazarında dirçəliş olacaq. Amma bu, gənc klipmeykerlərin dövrü olacaq".

Rejissor son vaxtlar klip çəkməməsiylı bağlı da danışıb. O, məsələyə belə aydınlıq gətirib: "Mən şou-biznesdən ayrılmamışam. Klip janrına xəyanət etmək, ən azından satqınlıq olardı. Çünki mən bu günə qədər əldə nə etmişəmsə, buna çəkdiyim kliplər səbəb olub. İşlərimdən başqa, həm də ailə sahibiyəm. Ona görə də, fəal olmağım hiss olunmur. Maraqlı klip çəkilişləriylə bağlı təkliflər olanda qəbul edirəm. Azərbaycan şou-biznesinin əsasını toy təşkil edir. Bunun üçün müğənni toydan qazanc əldə etməlidir ki, nəticədə klip çəkdirə bilsin".

F.Əlişov həyat yoldaşı, aktrisa Sevinc Əlişovanın da iş fəaliyyətindaən danışaraq, onun daha çox ailə məsələlərinə vaxt ayırdığını söyləyib: "Ailədə hər şey yaxşıdır. Həyat yoldaşım, iki əkiz körpə balam... onların bu il 2 yaşı tamam olacaq. Sevinc müəyyən çəkiliş proseslərində iştirak edir. Amma bütün işinə ailə prizmasıyla yanaşır. Körpələrin həyat qrafiki imkan verirsə, çəkilişləri qəbul edir".

Fuad Mədətov
FOTO: Mahir Hüseynbəyli
AzNews.az