Tailandda bayram yasa döndü - 181 ölü, 1777 yaralı

14 Aprel 2016 21:29 (UTC+04:00)

İlk üç gündə 181 nəfər həyatını itirib, 1777 nəfər isə yaralanıb.

Məlumata görə, təkcə dünən baş verən 750 nəqliyyat qəzasında 65 nəfər həyatını itirib.

Son 5 gündə isə spirtli içki qəbul etdikləri halda avtomobil idarə edən 64 mindən çox sürücü saxlanılıb.

Hökumət rəsmiləri isə alınan tədbirlər nəticəsində su bayramının intizamlı və normal bir atmosferdə keçirildiyini bildirib.


Musavat.com