İŞİD Suriyada hərbi təyyarəni vurdu

14 Aprel 2016 23:34 (UTC+04:00)

Təyyarənin İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmsasının vurduğu iddia edilir.

Məlumatda qeyd edilir ki, prezident Bəşər Əsədin ordusuna məxsus vurulan hərbi təyyarə Xalxalla hərbi hava limanı rayonunda yerə düşüb.

İŞİD yaraqlıları da həmin rayonda təyyarə vurulduğu haqda xəbər veriblər.

Bəzi mənbələr isə vurulan təyyarənin Rusiyaya məxsus olduğunu iddia ediblər.


Modern.az