Ticarət mərkəzinin qarşısında ağır qəza - Ölən və yaralananlar var

15 Aprel 2016 10:55 (UTC+04:00)

Bu gecə saat 04:20 radələrində Qaradağ rayonunda, "Sədərək" ticarət mərkəzinin qarşısında "VAZ 21015" markalı minik avtomobili metal maneəyə çırpılıb. Nəticədə avtomobildə olan şəxslərdən 24 yaşlı oğlan hadisə yerində ölüb. 25-30 yaşlı daha iki nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırmalar aparılır.

Lent.az