Polis məntəqəsi qarşısında qətl
14 Noyabr 2012 14:34 (UTC+04:00)
Ötən gün gecə saat 01:00 radələrində paytaxtın Nəsimi rayonu ərazisində, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin sahə polis məntəqəsinin yaxınlığında bıçaqlanma hadisəsi baş verib.
AzNews.az-un əldə etdiyi məlumata görə, hadisə zamanı 1 nəfər dünyasını dəyişib. Qatilin hələlik kimliyi məlum deyil. Hazırda sözügedən fakt üzrə müvafiq araşdırmalar aparılır və qətlə yetirilən şəxsin kimliyi dəqiqləşdirilir.
Mövzunu diqqətdə saxlayacağıq.
Vasif Həsənli
AzNews.az