Vəkili Mehman Səlimova bəraət istədi

15 Aprel 2016 13:03 (UTC+04:00)

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə M. Səlimovun vəkili çıxış edib. O, bildirib ki, M. Səlimovun pul mənimsəməsi sübuta yetirilməyib, bütün sübutlar ziddiyyətlidir. Vəkil M. Səlimovun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Məhkəmə prosesi aprelin 22-də davam edəcək

Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edərək, M. Səlimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

M. Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs-qətimkan tədbiri seçilib.

APA.az