Rüstəm Usubov Tofiq Yaqubluya zəng etdi – Baş Prokurorluğa çağırdı

15 Aprel 2016 13:34 (UTC+04:00)

Bu bərədə AzNews.az-a onun özü məlumat verib. Onun sözlərinə görə, bu gün saat 17:00-da prokurorluqda olmalıdır: "Hazırda Neftçala rayonunda şəhidin yas mərasimindəyəm. Amma axşam saat 17:00-da Baş Prokurorluqda olmalıyam. Nə üçün dəvət olunmağım haqqında bilgiyə malik deyiləm".

Məlumat üçün bildirək ki, Baş prokurorun müavini Rüstəm Usubov Tofiq Yaqubluya zəng edib və onu saat 17:00 üçün prokurorluğa dəvət edib.

Bahar RÜSTƏMLİ
AzNews.az