Təmirə ehtiyacı olan məktəblərin sayı - Açıqlandı

15 Aprel 2016 15:42 (UTC+04:00)

Bunu Təhsil Nzirliyinin Əsaslı tikinti və təchizat idarəsinin Satınalmalar şöbəsinin müdiri Elman Əzimov media nümayəndələri üçün keçirilən təlimdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2013 - 2015-ci illərdə tikilmiş, əlavə korpusu inşa edilmiş və əsaslı təmir olunnmuş ümumi təhsil müəssisələrinin sayı 2 923-dür:
"Təhsil Nazirliyinin sifarişi ilə 793, Heydər Əliyev Fondunun xətti ilə 412, digər mənbələr hesabına isə 1 792 məktəb tikilib. 2016-cı ilin Dövlət İnvestisiya Proqramında respublika üzrə 40-a yaxın tədris müəssisəsində təmir-tikinti işlərinin davam etdirilməsi nəzərdə tutulub".

Nazirlik rəsmisi onu da qeyd edib ki, ölkədə kənd yerlərində şagird tutumu orta hesabla 20 nəfərlə deyil, 12 nəfərlə hesablanır: "Misal olaraq, 2013-cü ilin statistikasına əsasən, 100-ə yaxın məktəbdə şagirdlərin sayı 30, 250-yə qədər məktəbdə 50, 650 məktəbdə isə 51-dən 100-ə kimidir".

Report.az