Əfqanıstanda bir gün ərzində - 70 silahlı öldürüldü

15 Aprel 2016 22:41 (UTC+04:00)

Bu barədə məlumat Sinxua agentliyində yer alıb.

Məlumata görə, ölkənin 12 əyalətində dünən axşam başlayan əməliyyatlarda, 74 silahlı öldürülüb, azı 11 silahlı isə yaralanıb.

O da bildirilir ki, öldürülənlərdən 41 nəfəri İŞİD terror qruplaşmasının üzvü olub.

Əməliyyatlar zamanı Nəngərhar və Qəndahar əyalətlərində silahlıların məşq düşərgələri məhv edilib. Döyüşlər zamanı 6 nəfər təhlükəsizlik xidmətinin əməkdaşıda həlak olub.


Musavat.com