Londonda azərbaycanlılardan erməni təxribatına layiqli cavab - Fotolar

16 Aprel 2016 00:01 (UTC+04:00)

Hər yerdə olduğu kimi, qeyri-etik davranışlarından əl çəkməyən işğalçı dövlətin nümayəndələri burada da təhrikedici hərəkətlərə yol veriblər.

Azərbaycan-Britaniya Tələbə Şəbəkəsinin təşkilatçılığı və Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə həmvətənlərimiz işğalçı ölkənin nümayəndələrinə və onları dəstəkləyənlərə layiqli cavab veriblər.

Əllərində Azərbaycan bayraqları tutan həmvətənlərimiz Qarabağın Azərbaycan ərazisi olduğunu, tezliklə ədalətin öz yerini tapacağını, ermənilərin bədnam əməllərdən əl çəkmələrinin vacibliyini vurğulayıb.

AzərTAc