Yeni qəbiristanlıqlar necə olacaq?

16 Aprel 2016 11:08 (UTC+04:00)

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, hazırlanan qanun layihəsində bütün məsələlər nəzərə alınıb:

"Layihədə standart qəbir yerləri və qəbir daşları, eyni zamanda vahid qəbiristanlıqların yaradılması, onların idarə olunması, dəfn mərasimlərinin qeydiyyatı qaydaları öz əksini tapıb.

Sənəd Şəhərsalma və Tikinti Məcəlləsi, "Bələdiyyələrin statusu haqqında", "Dini etiqad azadlığı haqqında" qanunlarla birlikdə tənzimlənir və digər normativ hüquqi aktlarla müəyyən edilir".

S.Novruzov deyib ki, müxtəlif qurumlar rəy verdikdən sonra qərar qəbul olunacaq.

Modern.az