Əkrəm Əylisi haqda iddialara - Cavab

16 Aprel 2016 12:00 (UTC+04:00)


O, AzNews.az-a açıqlamasında bu xəbəri cəfəngiyat adlandırıb: "Əkrəm Əylisli 2014-cü ildə ölkədən çıxıb Türkiyəyə və sonra yenidən Azərbaycana qayıdıb. Bu dəfə isə o, Venesiyada keçirilən ədəbiyyat festivalına dəvət alıb. Və onun qanuni şəkildə ölkəni tərk etmək hüququ var. Əkrəm Əylisli də bu hüquqdan isitadə etmək istəyib".

E.Saqıqov yaxın günlərdə Ə.Əylisliyə qarşı qaldırılan cinayət işi ilə bağlı aparılan istintaq prosesinin başa çatacağını vurğulayıb.

Xatırladaq ki, martın 30-da yazıçı Əkrəm Əylisli Venesiyada keçirilən ədəbiyyat festivalında iştirak etmək üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə mediaya açıqlamasında Əkrəm Əylislinin buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığı üçün saxlanıldığını bildirmişdi. Ə. Əylisliyə qarşı xuliqanlığa (Cinayət Məcəlləsinin 221.1-ci maddəsi) görə cinayət işi açılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az