Səfirliyimizin əməkdaşını döyən şəxs yaxalandı - Moskvada
16 Aprel 2016 13:17 (UTC+04:00)
AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hücumdan bir neçə saat sonra həmin şəxsin kimliyi müəyyən olunub və o, saxlanılaraq polis idarəsinə aparılıb. Məlumata görə, səfirliyin əməkdaşına güc tətbiq edən şəxs 31 yaşlı Xeybulla Hacıyevdir.
Hüquq-mühafizə orqanlarının irəli sürdüyü ehtimala əsasən, onlar arasında dava taksidə baş verib. Baş və bədən nahiyələrindən çox saylı zərbələr alan səfirlik əməkdaşı xəstəxanaya çatdırılıb.
Tibb mərkəzindən verilən məlumata görə, zərərçəkmişə beyin silkələnməsi, dodaq və qaşın partlaması diaqnozları qoyulub. Həmçinin dava zamanı zərərçəkmişin ön dişlərindən biri düşüb.