Boksçumuz qızıl medal qazandı

16 Aprel 2016 16:42 (UTC+04:00)

Rioya lisenziyanı təmin edən dünya çempionumuz Cavid Çələbiyev bu gün final görüşünə çıxıb.

56 kq çəki dərəcəsində döyüşən həmyerlimiz ilk pilləni tutmaq uğrunda Böyük Britaniyanı təmsil edən Qais Aşfaqla mübarizə aparıb. Çələbiyev hər 3 raundda rəqibindən güclü olub – 3:0 (30:27; 30:26: 30:27).

Nəticədə Azərbaycan təmsilçisi qızıl medal qazanmaqla, fəxri kürsünün ilk pilləsinə yüksəlib.


Apasport.az